Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ

18:23 - 03 Avqust 2022

Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Manset.az xəbər verir ki, VI turda Slovakiya seçməsi ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 3:1.

Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az