Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilk oyununu keçirəcək.
Manset.az xəbər verir ki, Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi "Neftçi" "Rapid" qarşılaşmasının əsas hakimi FIFA referisi Dario Beldir.
Matç "Bakcell Arena"da saat 21:00-da start götürəcək.
Qeyd edəık ki, cavab qarşılaşması avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək.