Azərbaycan güləşçisi Hacı Əliyev 5-ci İslam Həmrəylik Oyunlarında final görüşünə çıxıb.
Manset.az xəbər verir ki, 3 qat dünya və Avropa çempionumuz həlledici görüşdə Zəlimxan Abakarovla qarşılaşıb.
Əliyev finalda rəqibini 1 dəqiqə 50 saniyəyə məğlub edib.
***
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Manset.az report-a istinadən xəbər verir ki, 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini vaxtından əvvəl “tuşe” ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.
O, daha əvvəl 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib çıxmışdı.