UEFA Super Kubokunun sahibi bəlli olur: “Real”-“Ayntraxt” oyunu start götürdü

23:30 - 10 Avqust 2022

UEFA Super Kubokunun sahibi bəlli olur: “Real”-“Ayntraxt” oyunu start götürdü

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilir.

Manset.az xəbər verir ki, həlledici oyunda Madrid “Real”ı və Almaniyanın “Ayntraxt” klubları üz-üzə gəlir.

Qeyd edək ki, “Real” ötən mövsüm Çempionlar Liqasının, “Ayntraxt” isə Avropa Liqasının qalibi olub.

İndiyə qədər yeddi dəfə Super Kubok matçına çıxan “Real” dörd dəfə kubokun sahibi olub. Almaniya təmsilçisi isə ilk dəfə kubok uğrunda qarşılaşmaya çıxır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az