Azərbaycan millisi rəqibin qapısından üçüncü qolu keçirdi. 90+1-ci dəqiqədə üçüncü qolun müəllifi Anatoli Nuriyev olub.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub.
***
Azərbaycan millisi rəqibin qapısından üçüncü qolu keçirdi.
***
75-ci dəqiqədə Ozobiç hesabı 2:0 etdi.
***
Azərbaycan millisi oyunda hesabı açdı.
Oyunun 68-ci dəqiqəsində rəqib oyunçu Maroçkin topu öz qapısına yönəldib.
***
UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.
Manset.az xəbər verir ki, matçda ikinci hissə başlayıb.
Hazırda hesab açılmayıb.
20:51
Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qeyd edək ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb.
Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb.
20:00
Matç başladı.
19:16
UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü
Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin
13:14
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Manset.az xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.