“Azərbaycan” millisinə qələbə qazandıran qollar - VİDEO

23:14 - 25 Sentyabr 2022

“Azərbaycan” millisinə qələbə qazandıran qollar - VİDEO

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşmada millimiz 3:0 hesablı qələbə qazanıb.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqləniblər. Digər qola Qazaxıstan futbolçusu Aleksandr Maroçkin avtoqolla imza atıb.

On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 10 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az