Məşhur futbolçudan İranda baş verənlərə ETİRAZ

17:20 - 26 Sentyabr 2022

Məşhur futbolçudan İranda baş verənlərə ETİRAZ

Almaniyanın “Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib.

 

Manset.az xəbər verir ki, Azmun, sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb:

“Federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.

Azmun 2022-ci ilin yanvarında Rusiyanın “Zenit” klubundan “Bayer”ə keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az