Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sentyabrın 27-də Bakıda Moldova yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu dəvət olunub.
Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun üzvü Cəlal Hüseynov millinin hazırlıq prosesində iştirak edəcək.
Bundan əlavə, qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək.