UEFA "Qarabağ" - "Olimpiakos" oyununda azarkeşlərə məhdudiyyət qoydu

09:47 - 29 Sentyabr 2022

UEFA \"Qarabağ\" - \"Olimpiakos\" oyununda azarkeşlərə məhdudiyyət qoydu

UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

 

Manset.az report-a istinadən xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az