"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə GEDƏCƏK

21:37 - 05 Oktyabr 2022

\"Qarabağ\" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə GEDƏCƏK

"Qarabağ" azarkeşləri Yunanıstanda "Olimpiakos"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna mühafizə xidmətinin müşayiəti ilə gedəcək.

 

Manset.az xəbər verir ki, Ağdam təmsilçisindən verilən məlumata görə, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.

"Qarabağ" azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az