“Rəqabət aparmaq üçün fədakarlıq etməliyik” - Canni de Byazi

18:07 - 09 Oktyabr 2022

“Rəqabət aparmaq üçün fədakarlıq etməliyik” - Canni de Byazi

“Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”.

 

Manset.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis yığmamızın F qrupunda yer almasına münasibət bildirib: “Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.

Qeyd edək ki, millimiz DÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə qarşılaşacaq. İlk oyun gələn ilin matında baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az