“Mançester Yunayted” klubu səfər matçında “Everton”a 2:1 hesabı ilə qalib gəlib.
Manset.az xəbər verir ki, oyunun beşinci dəqiqəsində “Everton”un hücumçusu Aleks Ayobi hesabı açıb.
Daha sonra Antoni tabloda hesabı bərabərləşdirib. Matçın ilk hissəsinin sonunda "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo komandasını hesabda irəli çıxarıb.
Qeyd edək ki, Kriştiano Ronaldonun son qolu onun klub karyerasında 700-cü qolu olub.