“Barselona” Qrizmannın “Atletiko”ya keçdiyini TƏSDİQLƏDİ

20:00 - 10 Oktyabr 2022

“Barselona” Qrizmannın “Atletiko”ya keçdiyini TƏSDİQLƏDİ

İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann “Atletiko” (Madrid) komandasının tamhüquqlu oyunçusunya çevrilib.

 

Manset.az xəbər verir ki, bu barədə “Barselona”nın direktoru Mateu Alemani məlumat verib:

“Müqavilə keçən həftə bağlandı. Fikrimcə, biz vacib bir şeyə nail olduq”.

Daha əvvəl bildirilib ki, “Barselona” və “Atletiko” Qrizmanna görə Madrid komandasının 20 milyon avro ödəyəcəyi barədə razılığa gəliblər. Bundan əvvəl 31 yaşlı fransalı əksər matçlarda ehtiyat oyunçular skamyasında qalıb, yalnız 60-cı dəqiqədən meydana daxil olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az