“Dinamo”nun baş məşqçisindən Mahir Emreli ilə bağlı AÇIQLAMA

09:10 - 11 Oktyabr 2022

“Dinamo”nun baş məşqçisindən Mahir Emreli ilə bağlı AÇIQLAMA

Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya “Zaltsburq”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.

Qeyd edək ki, FIFA Mahir Emrelini sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az