Nataniel İmranov 12 fevral 2009-cu ildə Almaniyanın Berlin şəhərində dünyaya göz açıb. 7 yaşından hokkeylə məşğul olub. Həmçinin futbolla da maraqlanıb və BSC klubunda oynayıb.
Manset.az xəbər verir ki, boks, sambo və güləşlə məşğul olduqdan sonra 11 yaşından etibarən MMA idman növündə özünü sınamağa başlayıb. Hazırda Almaniya millisinin üzvüdür və MMA üzrə bütün yarışlarda iştirak edir.
Nataniel İmranov qaydasız döyüşlərə qədər kikboksinq yarışlarında da iştiak edib və uğurlar qazanıb. Onun 48 kq çəki dərəcəsində əldə etdiyi qalibiyyətin görüntülərini təqdim edirik: