Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə DAYANDIRILDI

21:41 - 13 Oktyabr 2022

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə DAYANDIRILDI

Rumıniyada ÇFR və Çexiyanın "Slaviya" (Praqa) komandası arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu yarımçıq dayandırılıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, buna matçı tribunadan izləyən azarkeşlərdən birinin vəziyyətinin pisləşməsi səbəb olub. Dərhal təcili yardım maşını arenaya daxil olaraq, fanata ilkin yardım göstərib.

Daha sonra isə həmin şəxs xəstəxanaya aparılıb.

Qeyd edək ki, bir neçə dəqiqəlik məcburi fasilədən sonra görüş davam etdirilib. İlk hissəsi oynanılan matçda meydan sahibləri öndədir - 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az