AFFA-dan adsız futbolçuya görə CƏZA

16:23 - 14 Oktyabr 2022

AFFA-dan adsız futbolçuya görə CƏZA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının 11-ci turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.

 

Manset.az xəbər verir ki, “Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.

“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az