Oktyabrın 16-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalar arasında Ənənəvi Futbol Turnirində II tura start veriləcək.
Manset.az xəbər verir ki, A qrupunda "Ada Təpə" "Media" ilə qarşılaşacaq B qrupunda isə "Göyçə" "Sadaxlı"nı sınağa çəkəcək.
Komandaların heyətləri belədir:
"Ada Təpə": Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev.
Məşqçi: Bayram Süleymanov
"Media": Cavid Osmanov, Ramil Ələkbərov, Rüstəm Abdullayev, Rəhman Atababayev, Manaf Qasımbəyli, Azər Hümbətov, İlkin Muradov, Səlcuq Elçin, Mahmud Novruzov, Ulucay Akif, Heydər Gərayev, Elmin Əlizadə, Təbriz Quliyev,
Məşqçi: İsmayıl Nəsibli
"Göyçə": İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev
Məşqçi: Məhəmməd İsmayılov
"Sadaxlı": Emil Xəlilov, İsmət Əbdürəhmanov, Erkan Xudiyev, Rauf Aslanov, Pərvin Musayev, Ruslan İlməzov, İlkin Mehdizadə, Elçin Nəsibov, Rasim Dəmirçəlli, Ramin Qurbanov, Nurlan Aşırov, Nihat Vəliyev
Məşqçi: Hidayət Xudiyev
Qarşılaşmalar saat 09:30-da "Vətən" İdman Klubunun stadionunda ardıcıllıqla baş tutacaq.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.