“Neftçi” “Kəpəz”i 2 cavabsız qolla məğlub etdi - YENİLƏNDİ

18:49 - 16 Oktyabr 2022

“Neftçi” “Kəpəz”i 2 cavabsız qolla məğlub etdi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” Gəncədə "Neftçi"ni qəbul edib.

Gəncə şəhər stadionunda oynanılan matçda “Neftçi” klubu 2:0 hesablı qələbə qazanıb. Bakı təmsilçisinin heyətində Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. Dörd xala malik “Kəpəz” klubu “Sumqayıt”la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Qəbələ” ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.

09:39

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Manset.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Gəncə təmsilçisi bu mövsüm ilk dəfə ev oyununu doğma şəhərdə keçirəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Sarı-göylər" isə 4 xalla 8-cidir.

Komandalar indiyədək ölkə çempionatına təsadüf edən Azərbaycan derbisində 52 dəfə üz-üzə gəliblər. Bunların 18-də meydan sahibləri, 25-də qonaqlar qələbəni bayram edib. 9 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var.

“Neftçi” son 4 matçda rəqibinə qalib gəlib. Son iki oyunda 3 və ya daha çox qol vurulub.

Tura "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 8 oyundan maksimum nəticə ilə 2-ci sırada yer alıb. "Gənclik şəhəri" təmsilçisinin isə 4 xalı var və 9-cu pillədə gedir.

İki kollektiv bunadək Premyer Liqada öz aralarında 40 görüş keçirib. "Köhlən atlar" 40, Samir Abasovun baş məşqçi olduğu komanda isə cəmi 5 qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Son Azərbaycan çempionunun vurduğu 93 qola rəqibi 18 q=topla cavab verib.

“Qarabağ” son 13 ev oyununda qələbə qazanıb. “Sumqayıt” 6 qarşılaşmada xal əldə etməyib, 5 matçdır fərqlənə bilmir.

Azərbaycan Premyer Liqası

X tur

16 oktyabr (bazar)

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.

17:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az