"Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq" - Dünya çempionatı

20:43 - 21 Oktyabr 2022

\"Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq\" - Dünya çempionatı

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı ABŞ təmsilçisi Tanner Rayan Sloan ilə qarşılaşıb.

Rəqibinə 2:10 hesabı ilə məğlub olan İslam İlyasov finala çıxa bilməyib.

O, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, İslam İlyasov 1/4 final mərhələsində Yunus Qafurova (Ukrayna) qalib gəlib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az