İspaniya La Liqasının XI turunda “Sevilya” ilə qarşılaşacaq “Real” ciddi itki ilə üzləşib.
Manset.az xəbər verir ki, hücumçu Kərim Benzema sıradan çıxıb.
Son məşqi yarımçıq tərk edən 34 yaşlı fransalı forvard tibbi müayinədən keçib. Benzemada əzələ yorğunluğu diaqnozu qoyulub. Məşqçilər korpusu “Sevilya” ilə bugünkü görüşdə onun xidmətindən istifadə etməmək qərarına gəlib.
Qeyd edək ki, “Real” – “Sevilya” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.