“Mançester Yunayted” Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yaydı

19:24 - 14 Noyabr 2022

“Mançester Yunayted” Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yaydı

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun "The Sun" nəşrinə verdiyi qalmaqallı müsahibə ilə bağlı bəyanat yayıb.

 

Manset.az xəbər verir ki, portuqaliyalı hücumçunun ittihamlarına bütün faktlar nəzərdən keçirildikdən sonra cavab veriləcəyi bildirilib.

"Hazırda əsas məqsədimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, agentlər, heyət və azarkeşlər arasında qurulan inamı və birliyi qoruyub saxlamaqdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az