Güləş üzrə dünya çempionatı Azərbaycana VERİLMƏDİ

21:43 - 14 Noyabr 2022

Güləş üzrə dünya çempionatı Azərbaycana VERİLMƏDİ

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

 

Manset.az xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az