"Qarabağ" - "Gent" oyunu sükutla başlayacaq

20:06 - 10 Fevral 2023

\"Qarabağ\" - \"Gent\" oyunu sükutla başlayacaq

"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq./report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv