Mahir Emreli "Konyaspor"da - RƏSMİ

15:19 - 14 Fevral 2023

Mahir Emreli \"Konyaspor\"da - RƏSMİ

Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emrelinin "Konyaspor"a keçidi rəsmiləşib.

 

Manset.az Sportfm.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə klubu rəsmi saytında yaydığı açıqlama bildirib. Azərbaycan millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında Superliqa təmsilçisində çıxış edəcək. M.Emreli ilə yanaşı klub heyətinə 26 yaşlı kolumbiyalı yarımmüdafiəçi Marles Morenonu da cəlb edib.

Klub bildirib ki, Türkiyədəki ötən həftə baş verən güclü zəlzələ ilə əlaqədar Konya Böyük Şəhər Stadionunda imzalanma mərasimi təşkil edilməcəyəcək.

Qeyd edək ki, M.Emreli bu mövsüm "Dinamo"da 13 rəsmi oyun keçirib, 3 qol vurub.

Xatırladaq ki, M.Emreli 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az