İngiltərənin ən böyük futbol komandalarından biri olan "Çelsi" Premyer Liqa tarixində bir ilkə imza ataraq, Stamford Bridge Stadionunda kollektiv iftar proqramına ev sahibliyi edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Ramazan Çadırı Layihəsi” ilə ölkədə ənənəvi hal alan “Açıq iftar” tədbirləri çərçivəsində paytaxt Londondakı “Çelsi” stadionunda ilk dəfə kollektiv iftar süfrəsi açılıb. Tədbir iftar proqramında yüzlərlə insanı bir araya gətirib.
Chelsea stadionunda keçirilən bu təşkilatla ilk dəfə İngiltərə Premyer Liqa komandasının stadionunda iftar verilib.
Manşet.az