Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda erməni təxribatının qarşısı alınıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Stokholmdakı “Friends Arena”da separatçı qruplaşmaların bayrağının qaldırılmasına cəhd edilsə də, təxribatın qarşısı dərhal İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.