İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" baş məşqçi Qrem Potterlə yollarını ayırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, London komandası Potterin boşluğunu Julian Nagelsmannla doldurmaq istəyir.
İngiltərə Premyer Liqasında çıxış edən "Çelsi" dünən klubun rəsmi saytında açıqlama yayıb. Yayımlanan açıqlamada klubun baş məşqçi Qrem Potter ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi ictimaiyyətə açıqlanıb.
Açıqlamada bu ifadələr yer alıb:
"Məşqçimiz Qrem Potterlə yollarımızı ayırdığımızı bildirmək istərdik. Potter bu keçid dövrünün rahat keçməsi üçün klubla əməkdaşlıq etdi. Bizi UEFA-nın 1/4 finalına çıxardı. Çempionlar Liqası və biz turnirin həmin mərhələsində Real Madridlə qarşılaşacağıq. Klub olaraq Potterə bizim üçün etdiyi hər şeyə görə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayırıq".
Açıqlamada həmçinin Bruno Saltorun komandanın müvəqqəti məşqçisi olduğu açıqlanıb.
Manşet.az