Trabzonspor, Vitor Hüqo ilə yollarını rəsmən ayırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Trabzonspor" Vitor Hüqonun "Bahia"ya transferini rəsmən açıqlayıb. Superliqa komandalarından olan “Trabzonspor” KAP-a açıqlamasında Vitor Hüqonun “Bahia”ya transfer olunduğunu bildirib:
“Peşəkar futbolçumuz Vitor Huqo Françeskoli De Souzanın EC Bahia-ya qəti transferi ilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, EC Bahia klubumuza müqavilənin ləğvi haqqı olaraq 1.800.000.-EUR ödəyəcək.
Bu barədə ictimaiyyətə məlumat verilir.
Hörmətlə”.
Manşet.az