UEFA-nın 47-ci növbədənkənar konqresinin keçiriləcəyi tarix açıqlandı

14:03 - 04 Aprel 2023

UEFA-nın 47-ci növbədənkənar konqresinin keçiriləcəyi tarix açıqlandı

Sabah Avropa futbolu təşkilatı UEFA-nın 47-ci növbədənkənar konqresi keçiriləcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək növbədənkənar konqresdə prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Aleksandr Ceferin seçkiyə yeganə namizəd kimi daxil olacaq.

2016-cı ildə UEFA-nın 7-ci prezidenti kimi vəzifəyə başlayan 55 yaşlı sloveniyalı futbolçu 2019-cu ildə keçirilən seçkilərdə yenidən seçilmişdi.

Həmçinin konqresdə UEFA İcraiyyə Komitəsinə ən azı biri qadın olmaqla ümumilikdə 9 üzv və FİFA Şurasına göndəriləcək üzvlər müəyyənləşəcək.

Bu arada Aleksandr Ceferin konqresdən sonra mətbuat konfransı keçirəcək.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az