Azərbaycanda oynamış sabiq futbolçu Mario Bojiç dünyasını dəyişib.
Manset.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi 39 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Azərbaycanın fəaliyyətini dayandırmış “Simurq” klubunun keçmiş oyunçusuna bir neçə il əvvəl beyin şişi diaqnozu qoyulub. İki əməliyyata baxmayaraq, Bojiçin həyatını xilas etmək mümkün olmayıb.
Bosniya və Herseqovina millisinin sabiq üzvü 2012/13 mövsümündə Zaqatala təmsilçisinin formasını geyinib. O, “Sumurq”dan ayrılandan sonra “Panaçaiki”, “Vojdovaç”, “Boraç” və “Lozniça” kimi klubların da formasını geyinib. Millidə 2 oyun keçirmiş yarımmüdafiəçi, futbolçu karyerasını 2016-cı ildə başa vurmuşdu.