Keçmiş dünya çempionu dopinqə görə bütün yarışlardan kənarlaşdırıldı - FOTO

15:49 - 05 Aprel 2023

Keçmiş dünya çempionu dopinqə görə bütün yarışlardan kənarlaşdırıldı - FOTO

Keçmiş dünya çempionu britaniyalı boksçu Amir Xanın son matçında dopinq aşkarlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Antidopinq Agentliyindən verilən açıqlamada qanında qadağan edilən anabolik ostarin maddəsi aşkarlanan 36 yaşlı boksçunun 2 il müddətinə bütün idman fəaliyyətlərindən uzaqlaşdırıldığı bildirilib.

Dopinq qaydalarını pozduğunu etiraf edən Xan həmin maddəni qəsdən qəbul etmədiyini deyib. 2022-ci il aprelin 6-dan cəzası başlayan Pakistan əsilli Britaniyalı boksçu 2024-cü il aprelin 5-dək heç bir peşəkar idman tədbirində iştirak edə bilməyəcək.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az