Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” klubu “Neftçi” ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, ilk qarşılaşmada 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
"Neftçi" - "Turan Tovuz" - 2:0
Qol: Emin Mahmudov, 90+3, Sayef, 90+8
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
“Bakcell Arena”
İlk oyun - 0:1
Qeyd edək ki, Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.