Pərviz Abdullayev növbəti qələbəsini qazandı

09:41 - 29 Aprel 2023

Pərviz Abdullayev növbəti qələbəsini qazandı

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın Fight Arena" turnirində qüvvəsini sınayıb.

ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.

Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu döyüşün təşkilatçılarına və onu dəstəkləmək üçün zala gələnlərə minnətdarlığını bildirib: "Çox yoruldum. Yaş öz sözünü deyir. Bu cür döyüşlərdə təcrübə rol oynayır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az