“Sumqayıt”ın baş məşqçisi ikiqat yubileyə sevindi

14:08 - 30 Aprel 2023

“Sumqayıt”ın baş məşqçisi ikiqat yubileyə sevindi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXII turunda “Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib.

 

Manset.az-a Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub.

Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.

Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az