Azərbaycan Qran-prisinin qalibi bəlli oldu - YENİLƏNDİ

16:44 - 30 Aprel 2023

Azərbaycan Qran-prisinin qalibi bəlli oldu - YENİLƏNDİ

Formula 1 üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

 

“Red Bull” komandasının üzvü Serxio Perez yarışın qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferarri”nin üzvü Şarl Lekler üçüncü yerdə qərarlaşıb. 

 

***15:03

 

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

 

Manset.az xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

Aprelin 28-də gerçəkləşən sıralama turunda "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər sürücüsü Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü "Aston Martin"dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az