Ərəb klubundan Messiyə fantastik təklif - Ronaldodan 2 dəfə çox qazana bilər

10:19 - 04 May 2023

Ərəb klubundan Messiyə fantastik təklif - Ronaldodan 2 dəfə çox qazana bilər

PSJ-də çıxış edən argentinalı dünya çempionu Lionel Messinin növbəti dayanacağı Səudiyyə Ərəbistanı ola bilər.

 

Manset.az xəbər verir ki, səs-küylü transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romano Messinin də Kriştiano Ronaldo kimi Səudiyyə Ərəbistanından astronomik təklif aldığını yazıb.

İtaliyalı müxbir Yaxın Şərq ölkəsinin ən böyük klublarından biri olan "Əl-Hilal"ın məşhur futbolçuya illik 400 milyon avro (320 milyon funt sterlinq) təklif etdiyini açıqlayıb.

Fransanın məşhur idman qəzeti “L'Equipe” də məşhur futbolçunun PSJ-ni tərk edəcəyi iddiasına geniş yer verib.

Qeyd edək ki, bir digər ərəb klubunda çıxış edən Kriştiano Ronaldonun illik gəliri 165 milyon funt sterlinqdir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az