Mahir Emreli Xorvatiyaya qayıdacaq

17:42 - 05 May 2023

Mahir Emreli Xorvatiyaya qayıdacaq

İcarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna qayıdacaq.

 

Manset.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir. Onun yayda göndərəcəyi futbolçuların arasında Mahirin adı yoxdur.

Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Zaqreblilər onu mövsümün sonuna kimi “Konyaspor”a icarəyə veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az