"Neftçi"nin prezidentinin cəzası azaldılıb - FOTO

20:45 - 05 May 2023

\"Neftçi\"nin prezidentinin cəzası azaldılıb - FOTO

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.

 

Manset.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az