Çempionlar Liqasında yarımfinalın ilk oyunlarının hakimləri AÇIQLANDI

14:46 - 08 May 2023

Çempionlar Liqasında yarımfinalın ilk oyunlarının hakimləri AÇIQLANDI

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına hakim təyinatları bəlli olub.

 

Manset.az xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, İspaniyada keçiriləcək “Real” (Madrid) - “Mançester Siti” matçını portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcəklər. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.

“Milan” - “İnter” oyunu isə ispaniyalı Xesus Hil Mansanoya həvalə edilib. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaqlar. Dördüncü hakim kimi Xose Sançes təyinat alıb.

Qeyd edək ki, “Real” - “Mançester Siti” matçı mayın 9-da, “Milan” - “İnter” görüşü mayın 10-da keçiriləcək. Oyunların start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az