İspaniyanın “Barselona” klubu növbəti dəfə cəzalanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, son zamanlar adı qalmaqalda hallanan La Liqa təmsilçisi indi də İspaniya Vergi Xidməti tərəfindən cərimələnib.
Buna səbəb klubun futbolçularına etdiyi ödənişləri sənədləşdirən zaman etdiyi qayda pozuntuları və oyunçuların ödənişlərini vaxtında etməməsidir.
Kataloniya klubu buna görə 15,7 milyon avro ödəməli olacaq.
Klub həm də, “Audi” avtomobillərini icarəyə verməsini və çarter reyslərinin qiymətini gizlədib. Sabiq oyunçuları Arda Turan (1 milyon 312 min 500 avro) və Aleks Sonqa (3,5 milyon avro) tərəfindən ödənilən kompensasiyalar da vergi hesabatında düzgün göstərilməyib.