Luçano Spalletti “Napoli”nin baş məşqçi postunu tərk edəcək.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə neapolluların prezidenti Aurelio De Laurentis məlumat verib.
“Spalletti yanıma gəldi və bir illik məzuniyyət götürmək istədiyini dedi. “Yox” deyə bilərəmmi? Bizə çox şey verdi. Ona təşəkkür edirəm”, - klub rəhbəri bildirib.
Qeyd edək ki, “Napoli” Spallettinin rəhbərliyi altında 33 il sonra İtaliya çempionu olub. 64 yaşlı mütəxəssis 2021-ci ilin yayından Neapol klubunu çalışdırırdı.