Seneqallı futbolçu “Sabah”dan ayrıldı

13:34 - 31 May 2023

Seneqallı futbolçu “Sabah”dan ayrıldı

Seneqallı müdafiəçi Abdulaye Ba “Sabah”dan ayrılıb.

 

Manset.az xəbər verir ki, 32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.

Ba sosial şəbəkə hesabında “Sabah”la vidalaşıb:

“Sabah”la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız”.

Müdafiəçi 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi. O, Premyer Liqada 2022/23 mövsümündə 22 oyunda 2 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az