Transfer mövsümündə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” üçbucağında ulduz futbolçular uğrunda böyük döyüşlərin şahidi olduq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray"la "Fənərbaxça" arasında yeni transfer savaşı gedir.
Son olaraq Çempionlar Liqasında "Olimpiya Lyublyana"nı 3-0 məğlub edən "Qalatasaray" irəliyə möhkəm addımlar atır. Braziliyalı sağ cinah oyunçusu Tete dünən sağlamlıq yoxlamasından keçib və rəsmi müqaviləyə imza atıb.
“Fenerbahçe” isə Polşalı yarımmüdafiəçi Sebastyan Şimanskini heyətinə cəlb edib.
“Fənərbaxça” həmçinin, Umut Nayir və Edin Dzekonu hücumçu mövqeyinə qatıb. Ryan Kenti sol cinah rotasiyasına qatan klub milli sağ cinah müdafiəçisi Mert Müldürü də heyətinə daxil edib.
Aygün
Manşet.az