"Beşiktaş" millimizin sabiq üzvünü icarəyə verdi

18:00 - 11 Avqust 2023

\"Beşiktaş\" millimizin sabiq üzvünü icarəyə verdi

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı futbolçusu Berkay Vardarı icarəyə verib.

 

Manset.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi qarşıdakı 2 mövsümü Moldova "Şerif"ində keçirəcək.

Gənc oyunçu 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirib. Bir il sonra isə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçında meydana çıxıb.

Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilmiş ilk oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 17-də İstanbulda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az