Azərbaycan yığması MDB oyunlarında çıxışını başa vurdu

20:42 - 11 Avqust 2023

Azərbaycan yığması MDB oyunlarında çıxışını başa vurdu

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında çıxışını başa vurub.

 

Manset.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçi olduğu komanda son oyununda Rusiya yığması ilə üz-üzə gəlib.

Görüş rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandanın heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az