"Neftçi"ylə "Sabah"ın oyunlarına hakim təyinatları açıqlandı

22:31 - 11 Avqust 2023

\"Neftçi\"ylə \"Sabah\"ın oyunlarına hakim təyinatları açıqlandı

"Sabah" və "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

 

Manset.az xəbər verir ki, "Partizan" - "Sabah" görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski idarə edəcək. Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.

"Beşiktaş" - "Neftçi" baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq. Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Partizan" - "Sabah" görüşü saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az