"Real Madrid" "Çelsi"nin qapıçısını bir mövsümlük heyətinə qatdı

22:21 - 12 Avqust 2023

\"Real Madrid\" \"Çelsi\"nin qapıçısını bir mövsümlük heyətinə qatdı

İspaniyanın "Real Madrid" klubu "Çelsi"nin qapıçısı Kepa Arizabalaqanı bir mövsümlük heyətinə qatıb.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.

Məlumata görə, Kepa artıq "Çelsi"dəki tərəfdaşları ilə vidalaşıb.

Arizabalaqa 2018-ci ildən "Çelsi"nin oyunçusudur. Ötən mövsüm qapıçı 39 oyunda iştirak edib. Kepanın transferi 18 milyon avro qiymətləndirilir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, "Real Madrid" zədələnən və mövsüm bitməmiş komandadan ayrılan əsas qapıçısı Tibo Kurtuanı itirib. "Real Madrid" təcili olaraq belçikalı qapıçıya əvəzləyici axtarmağa başlayıb. Kral klubunun əsas qapıçısı isə ukraynalı Andrey Lunindir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az