“Zirə” “Kəpəz”ə 1 qolla qalib gəldi

23:04 - 12 Avqust 2023

“Zirə” “Kəpəz”ə 1 qolla qalib gəldi

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

 

Manset.az xəbər verir ki, I turun sürpriz komandaları “Zirə” və “Kəpəz” birincilərin meydanında üz-üzə gəliblər.

Ötən həftə bakılıların çempion “Qarabağ”a, gəncəlilərin isə bürünc mükafatçı “Neftçi”yə qalib gəlməsi matça olan marağı daha da artırırdı.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Zirə” ikinci hissədə vurduğu yeganə qolla aktivinə növbəti 3 xalı yazdırıb. Komandaya 1:0 hesablı qələbəni 64-cü dəqiqədə fərqlənən Qismət Alıyev qazandırıb.

Bu qalibiyyət sayəsində Rəşad Sadıqovun kollektivi maksimum nəticə ilə yoluna davam edib.

Qeyd edək ki, turun ilk görüşündə “Araz-Naxçıvan” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Digər görüşlər avqustun 13-14-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az