Mbappe məşqlərə QAYITDI

18:21 - 13 Avqust 2023

Mbappe məşqlərə QAYITDI

PSJ-nin hücumçusu Kilian Mbappe əsas komanda ilə məşqlərə qayıdıb.

 

Manset.az  xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Romano PSJ-dən sitat gətirib: "Loryan"lə oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox konstruktiv və müsbət danışıqlardan sonra oyunçu bu səhər əsas komanda ilə məşqlərə qayıtdı".

Daha əvvəl bildirilmişdi ki, 24 yaşlı Mbappe 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi PSJ-dən ayrılmamaq barədə son qərarı verib. Bildirilib ki, klub Kilianı bu yay istədiyi qiymətə sata biilməsə, onu bütün mövsüm boyunca əsas komandadan uzaqlaşdıracaq.

Kilian Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyunda 41 qol vurub və 10 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az